Ermənistan ordusunun daha bir hərbçisi öldü

17:35 16-09-2020 7

Ermənistanın Qeqarqunik rayonunda “Mersedes” markalı avtomobilin Sevan gölünə (Göyçə gölü) düşməsi nəticəsində Ermənistan ordusunun 32 yaşlı qadın hərbi qulluqçusu Nune Avetisyan ölüb.

Bu barədə shamshyam.com məlumat yayıb.

Qəza Çovaqyux-Şorja-Vardenis yolunun 53-cü kilometrliyində baş verib. Qəzada ölən sürücü- hərbçi Nune Avetisyan Sünik əyalətinin sakini olub.

Xatırladaq ki, bu gün Ermənistan ordusunun daha bir hərbçisi Ovik Nelsonoviç Tamazyan da naməlum şəraitdə ölüb.