15 il ərzində rusiyalıların Azərbaycana münasibəti iki dəfə yaxşılaşıb - FOTO

17:00 16-09-2020 10

“Levada Center” təşkilatının sosioloqları tərəfindən bu ilin avqust ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, Rusiya vətəndaşlarının 13 faizi Azərbaycanı RF-nin ən yaxın dostu və müttəfiqi hesab edir.

milletinsesi.info-ın təhlil etdiyi sorğunun nəticələrinə görə, Azərbaycan ümumi siyahıda Belarus, Çin, Qazaxıstan və Ermənistandan sonra beşinci yeri tutur.

Eyni zamanda, 2006-cı ildə aparılan araşdırma ilə müqayisədə Azərbaycanı dost ölkə hesab edən rusiyalıların sayı təxminən iki dəfə - 6 faizdən 13 faizə qədər artıb.

Sorğuya əsasən, rusiyalıların 17 faizi Ermənistanı dost ölkə adlandırıb, 2006-cı ildə isə bu rəqəm 14 faiz olub.

Eyni zamanda, respondentlərin 2 faizi Azərbaycanı dost olmayan dövlət hesab edir, onların sayı 2006-cı ildən iki dəfə azalıb.

Rusların 2 faizi isə Ermənistanı Rusiyaya düşmən münasibətdə günahlandırır.