Tərtərdə avtomobillə vurulan atlı öldü

16:50 16-09-2020 7

Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 15-də saat 20 radələrində Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə atla hərəkət edən Bərdə rayon sakini Asif Süleymanov vurulub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Süleymanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.