Azərbaycanda əsas kapitala yönələn vəsait artıb

15:45 16-09-2020 8

2020-ci ilin yanvar-avqust aylarında ölkәnin iqtisadi vә sosial sahәlәrinin inkişafı üçün bütün maliyyә mәnbәlәrindәn әsas kapitala 8 milyard 682,4 milyon manat vəsait cəlb olunub. 

milletinsesi.info-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә maliyyә mәnbәlәrindәn әsas kapitala 0,7 faiz çox vәsait yönәldilib. 

Belə ki, neft-qaz sektoruna yatırılmış investisiyaların hәcmi 19 faiz artıb, qeyri-neft-qaz sektoruna yönәldilәn vәsaitin hәcmi isә 10,5 faiz azalıb.

Ümumi sәrmayәnin 5 milyard 829,5 milyon manatı vә ya 67,1 faizi mәhsul istehsalı sahәlәrinin, 2 milyard 30,6 milyon manatı (23,4 faizi) xidmәt sahәlәrinin, 822,3 milyon manatı (9,5 faizi) isә yaşayış evlәrinin tikintisinin payına düşüb.