“Zibil içində” yaşayan Yasamal sakinləri - VİDEO

14:50 16-09-2020 9

Paytaxtın Yasamal rayonunda yaşayan sakinlər zibil konteynerlərinin çatışmazlığından şikayət edirlər. 

Söhbət rayonun 7-ci Salaxanı küçəsindən gedir. Burada tullantının yaratdığı xoşəgəlməz mənzərə, dəhşətli iy zibil qutullarına hələ 20 metr məsafə qalmış ürək bulandırır.

Baku TV əməkdaşları şikayəti araşdırmaq üçün Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əlaqə saxlamağa çalışıb. 

Ətraflı süjeti təqdim edirik: