“Qalatasaray”ın Bakıya gətirəcəyi futbolçular bilindi - ADLAR

12:30 16-09-2020 9

Məlum olduğu kimi, Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşmaq üçün bu gün Bakıya gələcək.

İstanbul klubunun rəsmi saytının xəbərinə görə, baş məşqçi Fatih Terim 20 futbolçunu Bakıya gətirir.

Bunlar Şener Özbayraklı, Omar Elabdellaui, Taylan Antalyalı, Rayan Babel, Radamel Falkao, Yunes Belhanda, Martin Lines, Rayan Donk, Ömər Bayram, Cimi Durmaz, Kristian Luyindama, Okan Kocuk, Marselo Sarakki, Markao Teyşeyra, Əmrə Kılınç, Arda Turan, Cesi Sekidika, Sofian Fequli, Mbay Dian və Fatih Öztürkdür.