Avqust ayında məhsul və xidmətlərin qiyməti cüzi da olsa azalıb

11:35 16-09-2020 6

2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymәtlәri indeksi 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә 102,9 faiz təşkil edib.

milletinsesi.info-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә bu göstərici 105,3 faiz təşkil edib.

Qeyri-әrzaq malları üzrә istehlak qiymәtlәri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,3 faiz, әhaliyә göstәrilәn ödәnişli xidmәtlәr üzrә isə 101 faiz tәşkil edib.
2020-ci ilin iyul ayı ilə müqayisədə avqust ayında istehlak qiymәtlәri indeksi 99,8 faiz tәşkil edib. Yəni, məhsul və xidmətlərin qiyməti ötən aya nisbətən 0,2 faiz azalıb.