Qısqanclıqdan sevgilisinin iki qızını öldürdü - FOTO/VİDEO

09:45 16-09-2020 11

Rusiyada dəhşətli qətl baş verib. Belə ki, kişi bir yerdə yaşadığı qadın işdə olarkən onun iki qızını qətlə yetirib.

Bu barədə “Komsomolskaya Pravda” xəbər yayıb

Məlumata görə, qadın işdən qayıdarkən mənzilində səkkiz və 13 yaşında olan qızlarının cəsədini aşkarlayıb.

Şübhəli cinayət yerindən velosipedlə qaçıb. Onun axtarışlarına başlanılıb.

Dəhşətli qətlin qısqanclıq zəminində olduğu ehtimal edilir. 

Məlumata görə, kişi bundan əvvəl də azyaşlı uşağı öldürmə və zorlama faktı ilə əlaqədar məhkum olub. O, 2010-cu ildə azadlığa çıxıb.