#DeməliBelə. Model Rüstəm Cəbrayılov: “İnşaatda fəhlə işləmişəm, bazarda torba satmışam” - VİDEO

17:40 15-09-2020 13

Seymur Zakaryayevin #DeməliBelə layihəsinin yeni sayının qəhrəmanı “dünyanın ən gözəl azərbaycanlısı” Rüstəm Cəbrayılovdur. O, əbəs yerə “Best Model of the World” (Dünyanın ən yaxşı modeli) titulunu daşımır. ABŞ-da yaşadığı zaman “New York Moda” həftəsində iki dəfə iştirak edib və onun siması “Times Square”nin üz qabığını bəzəyib. Bu vaxta kimi heç kim bunu bacarmayıb...

Ancaq Olimp ulduzuna yüksəlmədən öncə Rüstəmin çətinlikləri az olmayıb. O, vaxtından əvvəl böyüyüb - hələ altıncı sinifdə olanda kağız torbalar düzəltməyə və bazarda satmağa başlayıb:

“Yaraşıqlı olduğuma görə, hamı mənlə ticarət edirdi”.

Sonra üç il restoranda fotoqraf işləyib - toy çəkilişləri edib. Və “Best model of Azerbaijan” müsabiqəsində qələbə qazandıqdan üç gün sonra suvaqçı kimi inşaatda işə başlayıb...

Bu və digərləri barədə #DeməliBelə yeni buraxılışı ilə.

İzləyək və fikirlərimizi bölüşək.