İtalyan məşqçi Rəhim Sadıqovu izləyəcək

17:20 15-09-2020 8

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi mütəmadi olaraq Premyer Liqa klublarının rəsmi və yoxlama oyunlarını, həmçinin məşqlərini izləyir.

AFFA-nın saytı xəbər verir ki, baş məşqçi bu gün “Sumqayıt” komandasının məşq prosesi ilə tanış olacaq.

Qeyd edək ki, “Sumqayıt”ın futbolçusu Rəhim Sadıqovun Kiprlə səfər matçında millidəki debütü çox uğurlu alınıb və futbol ictimaiyyətinin diqqətini cəlb edib.