Azərbaycanlılar Türkiyədən daşınmaz əmlak alanlar arasında ilk beşlikdə - SİYAHI

16:30 15-09-2020 10

Azərbaycanlılar Türkiyədən ən çox daşınmaz əmlak alan beş ölkə vətəndaşları arasındadır.

Restproperty.ru xəbər verir ki, ilk iki yeri İran və İraq tutur.

Üçüncü yerdə Rusiya qərarlaşıb. Sonrakı yerlərdə isə müvafiq olaraq Əfqanıstan və Azərbaycan vətəndaşları dayanır.

Təkcə avqust ayında xarici vətəndaşlar Türkiyədən 3 893 daşınmaz əmlak alıblar. Bu, ötən ilki göstəricidən səkkiz faiz çoxdur.

Ərazi seçimində əsas üstünlük İstanbul və Antalyaya verilir.

Ümumilikdə isə bu ilin 8 ayı ərzində Türkiyədən daşınmaz əmlak alan xaricilərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Buna səbəb COVID-19 epidemiyası, sərhədlərin bağlı qalması və hava əlaqəsinin kəsilməsi olub.