Deputatlardan yeni TƏKLİF: “Yaşıl bilik” hazırlansın

15:25 15-09-2020 15

Milli Məclisin Təbii ehtiyatlar, energetika  və ekologiya  komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İclasda komitənin qanunvericilik işləri planı təsdiqlənib. 

Komitənin  toplantısında  cari məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Deputatlardan Asim Mollazadə, Afət Həsənova, İltimas Yusifov, Fatma Yıldırım, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov neft  istehsalı və emalı zamanı yaranan qrunt sularına texnoloji proseslərə uyğun şəkildə nəzarət olunması ilə bağlı fikirlərini bölüşüblər.

Həmçinin, bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaran məişət tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması, məktəblilər arasında  ətraf mühitə münasibətin daha da yaxşılaşdırılması üçün də təklif səsləndiriblər.

Deputatlar buna görə Təhsil Nazirliyi ilə birlikdə orta məktəblər üçün “Yaşıl  bilik” adlı proqramın işlənib hazırlanmasını təklif ediblər.