Orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olundu

14:50 15-09-2020 9

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2020-ci il sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.