Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən öldü

14:15 15-09-2020 7

Bakıda avtomobil qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Belə ki, sentyabrın 14-ü saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini R.Həmidli idarə etdiyi avtomobillə yolu keçən paytaxt sakini Svetlana Paşayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. 

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.