Kolumbiyanın səfiri AFFA-da nəyi müzakirə edib? - FOTO

13:25 15-09-2020 13

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov və vitse-prezident Rauf Əliyev Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenasla görüşüb.

AFFA-nın saytı xəbər verir ki, görüşdə iki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin, gənclərdən ibarət komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi aparılıb.