Atatürk Parkında budanan ağaclar quruyub? - FOTO

10:50 15-09-2020 13

Atatürk prospektindəki parkda budanan ağaclar quruyub. 

Bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Vətəndaş qeyd edir ki, parkda abadlıq işləri adı ilə böyük ağaclar budanıb:

“Bura Atatürk Parkıdır. Ağaclar budandıqdan sonra hamısı qurudu, küsdü sanki. Bəlkə də 100-ə yaxın ağac bax bu vəziyyətdədir. Yay mövsümündə ağac budanması normaldırmı?”

Həmin fotoları təqdim edirik: