Paytaxtda avtobus yandı

08:50 15-09-2020 15

Bu gün səhər saatlarında paytaxtda avtobus yanıb. 

88A nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 99 JH 038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın olub. 

Belə ki, avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman sürücü avtobusda texniki nasazlıq hiss edib. 

Sürücü depoya gedərkən yanğın baş verib. Hadisə zamanı avtobusda sərnişin olmayıb, xəsarət alan yoxdur. 

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin ehtimala görə, hadisəyə səbəb “BakuBus” avtobusların iki aydan artıqdır ki, fasiləsiz istismarda olması ilə bağlıdır. 

Qeyd edək ki, bu son 15 gün ərzində “BakuBus”a məxsus sayca ikinci yanan avtobusdur.

Könül Cəfərli