Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 286 yeni yoluxma - FOTO/VİDEO

19:35 02-08-2020 11

Azərbaycanda koronavirus infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727 test aparılıb.