Füzuli rayonunda nasos stansiyası yanıb

10:25 02-08-2020 16

Füzuli rayonunda nasos stansiyasında yanğın olub.

Fövqəldə Hallar Nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, ümumi sahəsi 84 kvadratmetr olan stansiyanın içərisində bir ədəd transformator və dörd ədəd elektrik açarı yanıb.

Digər transformatorlar və nasoslar yanğından mühafizə olunub. Yanğın söndürülüb.