Məşhur bloqer hakimin qərarını eşitdikdən sonra boğazını kəsdi - VİDEO

05:05 02-08-2020 15

Xuliqanlıq ittihamı ilə saxlanılan ukraynalı bloqer Stanislav Dombrovski hakimin qərarını eşitdikdən sonra elə məhkəmə zalında boğazını kəsib.

Bu barədə “Lenta dna” “Telegram” kanalı xəbər yayıb.

Hakim onun üçün həbs qətimkan tədbiri qərarı verib. 41 yaşlı bloqer xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, məşhur bloqer bundan əvvəl oğurluq, dələduzluq və qarət maddəsi ilə yeddi dəfə məhkum olub.