Moskvada koronavirusa qarşı peyvəndin kliniki sınaqları başa çatıb

02:35 02-08-2020 15

Moskvanın Qamaleya adına Elmi-Tədqiqat Mərkəzinin hazırladığı koronavirusa qarşı peyvəndin kliniki sınaqları başa çatıb.

Bu barədə “RİA Novosti”yə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.

Onun sözlərinə görə, ilk növbədə ölkədə tibb mütəxəssisləri və müəllimlər peyvənd olunacaq.

“Oktyabrda koronavirusa qarşı kütləvi vaksinasiyasının başlanmasına hazırlaşırıq”, - deyə, nazir bildirib.