İngiltərə çempionu yeni ev formasını nümayiş etdirdi - FOTO

14:05 01-08-2020 20

İngiltərənin “Liverpul” futbol klubu 2020-2021-ci illər mövsümü üçün ev formasını təqdim edib.

milletinsesi.info xəbər verir ki, yeni forma barədə məlumat klubun “Twitter” səhifəsində yerləşdirilib.

Məşhur “Nike” şirkətinin hazırladığı geyim dəsti ənənəvi olaraq qırmızı rəngdədir.

Qeyd edək ki, bu il “mersisaydlılar” 30 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqasının qızıl medallarını qazanıblar.