Tramp “TikTok”u qadağan edən sənəd imzalayacaq

09:35 01-08-2020 12

ABŞ Prezidenti Donald Tramp Çinin “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə qadağa qoymaq niyyətində olduğunu elan edib.

Bu barədə “The Hill” nəşri xəbər yayıb.

D.Tramp bildirib ki, təcili iqtisadi səlahiyyətlərindən istifadə edərək, ABŞ-da “TikTok”un işini qadağan edən sənəd imzalaya bilər.

Birləşmiş Ştatlar prezidenti əlavə edib ki, “TikTok”un ABŞ-da fəaliyyət göstərən hansısa şirkət tərəfindən satın alınmasını da dəstəkləmir.