Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi - STATİSTİKA

09:10 01-08-2020 10

Dünyada 17 758 802 nəfərdə koronavirus aşkar edilib.

Bu barədə milletinsesi.info-ın qeyd olunur.

Virusdan 682 999 xəstə ölüb, 11 161 510 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı üç ölkə ABŞ (4 705 889 nəfər), Braziliya (2 666 298 nəfər) və Hindistandır (1 697 054 nəfər).

Ən çox ölümün müşahidə olunduğu dövlətlər ABŞ (156 747 nəfər), Braziliya (92 568 nəfər) və Meksikadır (46 688 nəfər).

Azərbaycanın sərhəd qonşuları arasında koronavirusa ən çox yoluxma siyahıda dördüncü olan Rusiyada (839 981 nəfər), virusdan ölüm isə 10-cu yerdə qərarlaşan İrandadır (16 766 nəfər).

Koronavirusun ilk yayıldığı dövlət olan Çin 84 337 yoluxma ilə siyahıda 29-cu yerdədir.

Azərbaycanda bu vaxta qədər 31 878 nəfərdə koronavirus qeydə alınıb. Virusa yoluxanların 25 882-si sağalıb, 448-i həyatını itirib.