Yeddi saat ərzində şalvarına girən kobra ilə yatan gənc xilas edildi

05:35 01-08-2020 14

Hindistanın Mirzapur şəhərində işlədiyi ərazidə yatan fəhlənin şalvarına kobra ilanı girib.

Bu barədə “India” nəşri məlumat yayıb.

İşçi Lavkeş Kumar çalışdığı yerdə yatıb. Bir qədər sonra isə şalvarında kobra olduğunun fərqinə varıb. Bundan sonra L.Kumar bütün gecə yatmayıb ki, ilan narahat olmasın. Yeddi saat ərzində kobra gəncə toxunmayıb.

Dostları kəndə kömək arxasınca getsə də, dəstək yalnız səhər saatlarında gəlib. İlanı yaxalamaq üçün gələn mütəxəssislə birlikdə hər ehtimala qarşı təcili tibbi yardım da əraziyə çağırılıb.

Mütəxəssisin köməyilə gənc ilandan qurtula bilib.