Serialdakı səhnəni təkrar edən azyaşlı faciəli şəkildə öldü - FOTO

03:05 01-08-2020 16

Rusiyanın Ryazan vilayətində azyaşlı baxdığı serialdakı kadrı təkrar edərək ölüb.

Mk.ru xəbər verir ki, səkkiz yaşlı oğlan ailəsi ilə komediya serialı izləyib.

Kadrlarda bir nəfərin zarafatla kəndiri boynuna keçirərək intihar etməsi əks olunub. Bunu izləyən azyaşlı həyətdəki qaraja gedərək eyni hərəkəti təkrarlayıb. Evdəkilər bundan xəbər tutanda artıq gec olub.

Faktla bağlı araşdırma başlayıb.

Mərhumun Aqabpkina adına İncəsənət məktəbinin direktorunun oğlu olduğu bildirilir.

O, üç uşaqlı ailənin ortancıl övladı olub.