Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır

21:00 31-07-2020 26

Dövlət büdcəsinin layihəsinin tərtibi prosesinin təxirə salınması gözlənilir.

milletinsesi.info-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik layihəsində bildirilir.

“Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

Layihədə isə yazılır ki, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.

Layihə Milli Məclisin növbədənkənar sessiyalarında müzakirə ediləcək.

Aqşin Kərimov