TƏBİB: “Koronavirus testlərinin qiymətlərinə qarışmırıq”

16:25 31-07-2020 8

“Bu günə kimi dövlət tərəfindən Azərbaycanda aparılan koronavirus testləri pulsuz olub”.

milletinsesi.info-ın məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, başqa müəssisələrin test qiymətləri strategiyasına qarışılmır:

“Bu, onların daxili işləridir”.

İlhamə Əbülfət