Zelenskidən müsəlmanlara Qurban Bayramı jesti

13:45 31-07-2020 8

Ukrayna Prezidenti Vladimir Zelenski Qurban və Ramazan bayramlarına rəsmi status verilməsi ilə bağlı qərarı Nazirlər Kabinetinə təqdim edib.

Bu barədə Ukrayna hökumətinin rəsmi saytında qeyd edilib.

Bəyanatda vətəndaşların konstitusiya hüquq və azadlıqlarının, bütün dindarların bərabər hüquq və imkanlarından istifadə etmələrini təmin etmək üçün bu təklifin çoxmillətli və çox dinli Ukrayna cəmiyyətinin tarixinə, mədəniyyətinə və adət-ənənələrinə hörmət əlaməti olaraq verildiyi qeyd olunur.

Ukrayna prezidenti, eyni zamanda, “Twetter” səhifəsində ölkədə yaşayan müsəlmanların Qurban bayramını təbrik edib:

“Bu bayram inananların qəlblərini mərhəmət ve yaxınlarına sevgi ile doldurur, ümid ve ədalət işığı bəxş edir.

Biz Ukraynadakı müsəlman icmasının ölkə xalqının mənəvi zənginliyinə və müxtəlifliyinin qorunmasına və ölkədə dinlər arasında barışığın və harmoniyanın təmin edilməsinə verdiyi töhfələri yüksək qiymətləndiririk”.

O, müsəlmanlara cansağlığı, sülh və xoşbəxtlik arzulayıb.