Azərbaycanda daha bir bazarda heç bir karantin qaydalarına əməl edilmir - FOTO

10:35 31-07-2020 8

Azərbaycanda karantin rejimi elan olunmasına baxmayaraq, İmişlinin mal bazarında qızğın iş gedir.

milletinsesi.info-ın məlumatına görə, bu barədə şəkillər sosial şəbəkələrdə yayılıb. 

Ölkə ərazisində sosial məsafənin qorunması qaydalarının zəruri olması bildirilsə də, bazarda sıxlıqdır. 

Bildirilir ki, əraziyə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları nəzarət etmir.

Daxili İşlər Nazirliyi yayılan görüntülərə münasibət bildirib.

Qurumdan bildirilib ki, sosial şəbəkələrdə yayılmış həmin fotodan göründüyü kimi, axşam radələri olduğu üçün polis naryadlarının dəyişdiyi vaxta təsadüf edir:

“Həmin vəziyyət bir neçə dəqiqəlik davam edib. Hazırda polis əməkdaşları həmin ərazidə sanitar rejimə nəzarəti davam etdirir və gigiyenik vasitələrdən istifadə olunmasına diqqət yetirilir”.

İlhamə Əbülfət