Ronaldu çempionluğu qeyd etmək üçün yaxta aldı - FOTO

23:05 30-07-2020 13

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu çempionluğu qeyd etmək üçün altı milyon avroya yaxta alıb. 

Bununla bağlı “Daily mail” məlumat yayıb. 

Ronaldu “Yuventus”la birlikdə İtaliya çempionluğunu qazanıb. Futbolçu İtaliyanın şimal-qərbinə ailəsi ilə birlikdə yollanıb. 

Yaxta xüsusi sifarişlə hazırlanıb. Onun iki istirahət zonası, qonaq və yataq otaqları var.