Oyuncaq bəhanəsi ilə azyaşlını qaraja apararaq təcavüz etdi

18:00 30-07-2020 8

Rusiyanın Xakasiya Respublikasında pedofil azyaşlını oyuncaq alacağı ilə aldadaraq zorlayıb.

“Newslab” bu barədə ölkənin İstintaq Komitəsinin Krasnoyarsk vilayəti və Xakasiya İstintaq Komitəsinə istinadən xəbər verir.

50 yaşlı Xakasiya sakininin səkkiz yaşlı qıza təcavüzdə ittiham olunduğu bildirilir.

İstintaq məlumatına görə, sərxoş şəxs axşam saatlarında iş yerinin yaxınlığında yerləşən mağazaya girib. Oradakı azyaşlılara oyuncaq almağa pul verib, onların yanında olan səkkiz yaşlı qıza isə oyuncaq almaq adı ilə onunla gəlməsini deyib.

Həmin şəxs uşağı qarajına aparıb və ona təcavüz edib.

Kişi yuxuya gedəndən sonra uşaq oradan qaça bilib. Yolda tanış adama rast gəlib və hadisəni danışıb. Həmin şəxsin polisə xəbər verməsi nəticəsində pedofil həbs edilb.

Faktla bağlı araşdırma davam edir.