Ağdaşda qadın azyaşlı övladları ilə birlikdə itkin düşüb - FOTO

17:30 30-07-2020 7

Ağdaş rayonunun Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlü Ülkər Abdullayeva iyun ayının 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Ü.Abdullayevanın əlamətləri belədir: boyu 165 sm, dolu bədən quruluşlu, qısa qara saçlı, gözlərinin rəngi qaradır.

Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qəhvəyi rəngdə ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-233-06-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.