Bakıda “Azərsu” ASC-nin işçisi kanalizasiya quyusu qazarkən öldü

17:00 30-07-2020 7

Bakının Suraxanı rayonunun ərazisində “Azərsu” ASC-nin 1962-ci il təvəllüdlü əməkdaşı Şakir Paşayevin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

29 iyul saat 16:00 radələrində Hövsan qəsəbəsində kanalizasiya quyusu qazılarkən torpaq sürüşməsi baş verib. Nəticədə, Ş.Paşayev torpaq dağıntıları altında qalaraq vəfat edib.

Fakt rayon prokurorluğu tərəfindən araşdırılır.

Ramella İbrahimxəlilova