Güclü partlayış restoranı yerlə bir etdi - VİDEO

14:25 30-07-2020 9

Yaponiyanın Fukusima şəhərində güclü partlayış baş verib. İlkin məlumatlara görə, restoranların birində qaz partlayıb.

360 TV-nin məlumatına görə, bina tamamilə yanıb.

Azı bir nəfərin öldüyü, 18 nəfərin yaralandığı bildirilir. Onların arasında qonşuluqda yerləşən bankın əməkdaşları və müştəriləri də var.