Sumqayıtda sərnişin avtobusu qəzaya düşdü - FOTO

14:00 30-07-2020 10

Sumqayıtda sərnişin avtobusu qəzaya düşüb.

milletinsesi.info xəbər verir ki, hadisə şəhərin Məşədi Əzizbəyov və Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.

Təyin olunmuş xətt üzrə hərəkətdə olan 7 nömrəli sərnişin avtobusu “Opel” və “Mercedes” markalı minik avtomobilləri ilə toqquşub. 

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.