Prezident Şəkidə yolun açılışında - FOTO

13:00 30-07-2020 11

İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışda iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 33 kilometr olan bu yol iki hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı altı yaşayış məntəqəsini birləşdirir.

Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.