Bakıda marketin kassasından pul aparıldı

12:55 30-07-2020 11

Bakıda marketdə soyğunçuluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə iyulun 26-sı saat 13:30 radələrində Nərimanov rayonunda, İ.Abışov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.

Belə ki, naməlum şəxs satıcını itələyərək, marketin kassasından 300 manat pulu və bir qutu siqareti soyğunçuluq yolu ilə ələ keçirib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü İsa Süleymanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işinə başlanılıb, ibtidai istintaq aparılır.