“Azərkontrakt” Səhmdar Cəmiyyətinin işçilərinə Qurban bayramı münasibətilə pul mükafatı verilib

12:25 30-07-2020 7

İnsanlar arasında həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Dünya müsəlmanları bu müqəddəs gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunub saxlanmasına xüsusi diqqətlə yanaşırlar. Azərbaycanda hər il Qurban bayramı yüksək əhval-ruhiyyədə böyük təntənə ilə qeyd edilir. Bayram günlərində xeyriyyəçilik tədbirləri təşkil olunur, imkanlı insanlar ehtiyacı olan ailələrə kömək edir.

“Azərkontrakt” Səhmdar Cəmiyyətinin işçiləri Qurban bayramı münasibətilə təbrik olunub, onlara can sağlığı, xoşbəxtlik, bol ruzi-bərəkət, bütün xeyirxah niyyətlərinin, dua və diləklərinin gerçəkləşməsi arzu edilib və Səhmdar Cəmiyyətinin müvafiq əmrinə əsasən, pul mükafatı verilib.