“Avrora” Neftçalada aztəminatlı ailələri sevindirib - FOTO

11:05 30-07-2020 10

“Avrora Qrup” sosial məsuliyyət proqramına uyğun olaraq, Qurban bayramı ilə əlaqədar Neftçala rayonunda yardım aksiyası keçirib. Hal-hazırda Neftçala rayonunda yaşanan su problemini nəzərə alaraq, “Avrora” şirkəti rayonun Kürkənd, Mayak-2, Həsənabad, Xıllı, Qədimkənd, Tatarməhlə, Qaralı, Qaramanlı, Astanlı kəndlərində ərzaq bağlamaları və qurban payı ilə yanaşı, içməli su yardımı da edib.

Yardım aksiyası zamanı ərzaq paketləri Neftçala rayonunda fəaliyyət göstərən UGEX xeyriyyə fondunda qeydiyyatda olan aztəminatlı və kimsəsiz ailələrə fondun əməkdaşları ilə birlikdə çatdırılıb.

Qeyd edək ki, “Avrora” şirkəti daim müxtəlif xeyriyyə təşkilatları və ictimai birliklərlə yardım aksiyaları həyata keçirir.