Yaşlı qadın öz cənazə mərasimində iki dəfə ölüb-dirildi

10:10 30-07-2020 9

Zimbabvedə yaşlı qadın öz cənazə mərasimində iki dəfə “dirilib”.

“Bulawayo24” xəbər verir ki, təqaüdçü qadın insult keçirib və uzun müddət yataq xəstəsi olub.

Bir müddət sonra yaxınları onun nəfəs almadığını müşahidə edib və dəfn mərasimi təşkil ediblər.

Tabutda qəbiristanlığa aparılan qadın yolda ayılıb.

Ertəsi gün qadının ürək döyüntüləri növbəti dəfə dayanıb.

Yaxınları cənazə məclisini bərpa edəndən sonra yaşlı qadın ikinci dəfə gözlərini açıb.

Bu hadisədən sonra qohumları onu xəstəxanaya aparıblar. Qısa müddətdən sonra qadın orada vəfat edib.

Kənd sakinləri bildirib ki, ailəsi məsələyə aydınlıq gətirmək üçün cadugərlərə müraciət etmək istəyib.

Həkimlər isə bildirib ki, bu hadisədə tibbə məlum olmayan heç nə yoxdur. Qadın çox zəiflədiyindən tez-tez huşunu itirib və bu zaman ürək döyüntülərinin ritmi minimuma enib.