Autist oğlunu xaltada gəzdirən qadını daşa basdılar - VİDEO

08:15 30-07-2020 13

Oğlunu xaltada gəzdirən qadın barədə sosial şəbəkələrdə yayılmış video böyük səs-küyə səbəb olub.

NTV-nin məlumatına görə, kadrlar Rusiyanın Kurqan şəhərində qeydə alınıb.

Kadrlar yayıldıqdan sonra şəhər sakinləri qadını incitməyə başlayıblar: ünvanına təhqiramiz ifadələr işlədirlər, küçədə saxlayırlar və hətta daşa basırlar.

Bütün bunlar qadının izahına rəğmən baş verir. Ananın sözlərinə görə, oğlu autizmin ağır formasından əziyyət çəkir; o, heç vaxt danışmayıb və danışmayacaq. Küçədə gəzərkən isə uşaq hər gölməçəyə əlini salır və sonra yalamağa başlayır. Buna görə, “təhlükəsizlik xaltası” ona lazımdır, bu, autizmdən əziyyət çəkən oğlunu gəzdirmək üçün yeganə üsuldur.

“Video yayılandan sonra paylaşımlar sürətlə yayıldı. Ən çox üç söz işlədilirdi: xalta, gəzdirir, zəncir. Biz küçədə gəzərkən mənə daş atdılar. Xoşbəxtlikdən oğlumdan yan keçib mənim ayağıma dəydi”, - deyə qadın bildirib.