Teleşounun iştirakçısı illərlə qadınlara təcavüz edib və bunu videoya çəkib - FOTO

07:15 30-07-2020 10

“X Factor” istedadlar teleşousunun sabiq iştirakçısı Fillip Blekuell 22 il ərzində doqquz qadına cinsi təcavüz edib və cinayət əməllərini videoya çəkib.

“Metro”nun məlumatına görə, britaniyalı kişi ilk təcavüzünü 1997-ci ildə edib, sonra daha bir neçə qadın onun cinayətinin qurbanı olub.

F.Blekuell qurbanlarının bəzilərinin gözlərini və əllərini bağlayıb.

Britaniyalı 2008-ci ildə “X Factor” layihəsində iştiak edib. O zaman musiqi nömrəsi ilə çıxış edən kişi final mərhələsini keçə bilməyib. Bundan sonra o, daha bir neçə qadını zorlayıb.

Qurbanların əksəriyyəti gənc və tənha qadınlar olub. Blekuell onları izləyib, avtomobildən müşahidə edib. O, kimliyini gizlətmək üçün təcavüz zamanı balaklav və ya maska taxıb, həmçinin irland ləhcəsi ilə danışıb.

Blekuell polisə müraciət edəcəkləri təqdirdə qurbanları təkrar təcavüzlə hədələyib.

56 yaşlı kişi artıq saxlanılıb və ömürlük həbsə məhkum edilib.