Hamilə şəkilləri ilə populyarlaşan keçmiş futbolçu ana oldu - FOTO

13:40 01-07-2020 14

Belarusun “Dinamo” (Brest) klubunun müdafiəçisi Maksim Vitus və keçmiş futbolçu, idman ustası və model Aleksandra Vitus valideyn olublar.

milletinsesi.info xəbər verir ki, onların oğlu bu gün dünyaya gəlib.

Qeyd edək ki, gözəlliyi ilə işıq saçan Aleksandra Vitus sosial şəbəkələrdə hamilə şəkillərini paylaşmaqla daha da populyarlıq qazanıb.