Baş nazirdən məhkəmə ekspertləri ilə bağlı QƏRAR

13:35 01-07-2020 17

“Məhkəmə ekspertinin etik davranış kodeksi” təsdiq edilib.

milletinsesi.info-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu kodeks “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinin on dördüncü hissəsinə uyğun olaraq hazırlanıb.

Sənəd məhkəmə ekspertizası idarələrinin və özəl məhkəmə ekspertlərinin (bundan sonra – məhkəmə eksperti) etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.

Bildirilir ki, məhkəmə eksperti öz fəaliyyətini həyata keçirərkən, vətəndaşların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Qərara əsasən, məhkəmə eksperti hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalıdır.

Həmçinin, onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.