Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - RƏSMİ

13:30 01-07-2020 9

“Hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır”.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Verilən məlumata görə, Hesablama Palatası 2019-cu ildə Mədəniyyət Nazirliyinin və quruma tabe olan müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

Qeyd edək ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.