Avropa İttifaqı bəzi ölkələrlə sərhədləri açdı - SİYAHI

13:15 01-07-2020 10

Avropa İttifaqı bu gündən etibarən bəzi ölkələrlə sərhədləri açıb.

Bu barədə 360 TV xəbər yayıb.

Siyahıda Azərbaycana qonşu dövlətlərdən yalnız Gürcüstanın adı var.

Bundan başqa, Avstraliya, Əlcəzair, Kanada, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Tailand, Tunis, Uruqvay, Monteneqro, Cənubi Koreya və Yaponiya vətəndaşları da Avropa İttifaqı ölkələrinə rahat gedib-gələ bilərlər.

Siyahıya Çin də əlavə oluna bilər, lakin bunun üçün rəsmi Pekinin təsdiqi tələb olunur.