Putinin veterana verdiyi məktubda nə yazıldığı açıqlandı - VİDEO

11:45 01-07-2020 11

Rusiyanın Tver vilayətinin Rjev şəhərində Sovet əsgərinə qoyulan abidənin açılışı zamanı Prezident Vladimir Putin İkinci Dünya Müharibəsinin veteranına məktub verib.

“Mash” “Telegram” kanalı məktubda nə yazıldığını öyrənib.

Kanalın məlumatına görə, kağızda “Yekaterina Sergeyevnaya hörmətlə” yazılmışdı.

Bildirilir ki, veteran Nikolay Makaroviç könüllü Katyanın müşayiəti ilə tədbirə qatılıb. Qız Putindən avtoqraf almaq xəyalı barədə veterana danışıb, o da öz növbəsində bunu RF dövlət başçısına çatdırıb.

Putin də könüllü qızın xahişini yerinə yetirib.