Tarixdə ilk dəfə kosmosdan səs verdilər - FOTO

10:40 01-07-2020 25

Rusiyalı kosmonavt Anatoli İvanşin dünyada kosmosdan səs verən ilk insan olaraq tarixə düşüb.

“Rossiya 24” xəbər verir ki, o, Beynəlxalq Kosmik Stansiyadan onlayn formada Rusiyada Konstitusiya düzəlişləri ilə bağlı səsvermədə iştirak edib.

Bu, onun daimi Moskva qeydiyyatı olduğu üçün mümkün olub. Kosmonavt öz telefonunu Yerdə qoyub. Onun telefonuna təsdiqləyici SMS də gəlib.

Rusiyanın digər kosmonavtı İvan Vaqner də bu gün kosmosdan səs verəcək.