Premyer Liqanın bombardiri Azərbaycana təşəkkür etdi - FOTO

10:25 01-07-2020 12

Azərbaycan Premyer Liqasının ötən mövsümünün dörd bombardirindən biri olan Baqaliy Dabo ölkəmizlə vidalaşıb.

milletinsesi.info xəbər verir ki, 31 yaşlı fransalı hücumçu Azərbaycanda oynadığı dörd ilə görə təşəkkürünü “Instagram” hesabı vasitəsilə bildirib:

“Azərbaycan, sənə bu dörd il üçün təşəkkürümü bildirirəm. Burada yaşadığım anları heç vaxt unutmayacağam. Hamıya ən yaxşısına nail olmağı arzulayıram. Bilirəm ki, Azərbaycan gələcəkdə daha da məşhur olacaq. Bir daha təşəkkür edirəm”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Thanks you Azerbaidjan